Respublika Gənclər Kitabxanasına direktor təyin olunub

Aslan Cəfərov

© APA | Aslan Cəfərov

# 12 yanvar 2022 15:05 (UTC +04:00)

Aslan Cəfərov Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru vəzifəsinə təyin olunub.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən bildirilib.

O, əvvəl nazirliyin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Qeyd edək ki, Mədəniyyət Nazirliyində aparılan bir sıra struktur islahatları çərçivəsində Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsi ləğv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR