Salman Rüşdi sui-qəsddən sonra ilk dəfə şəklini paylaşıb

Salman Rüşdi sui-qəsddən sonra ilk dəfə şəklini paylaşıb
# 06 fevral 2023 23:04 (UTC +04:00)

Salman Rüşdi sui-qəsddən sonra ilk dəfə şəklini paylaşıb.

APA xəbər verir ki, o, özünün "Twitter" hesabında fotosunu paylaşaraq yazıb:

"New-Yorker"də yayımlanan bu şəkil dramatik və ağır olsa də, prozaik kimi, əslində, necə göründüyümü əks etdirir".

Qeyd edək ki, bu il avqustun 12-də Salman Rüşdi Nyu-Yorkda Hadi Matarın bıçaqlı hücumuna məruz qalıb. Salman Rüşdi tədbirlərin birində məruzə edərkən 24 yaşlı Nyu-Cersi sakini Hadi Matar əlində bıçaqla səhnəyə çıxaraq ona hücum edib. Hadi Matar saxlanılıb, o, sui-qəsdə cəhddə ittiham olunur.

Yazıçıya hücuma səbəb 1989-cu ildə yazdığı "Şeytan ayələri" kitabı olub. Həmin kitab satışa buraxılan gündən çox böyük səs-küyə səbəb olmuş və hətta İranın dini lideri Ayətullah Xomeyni tərəfindən Rüşdi haqqında ölüm fətvası verilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR