Azərbaycanın neft-qaz sektoruna sərmayələr artıb

Azərbaycanın neft-qaz sektoruna sərmayələr artıb
# 18 mart 2023 11:18 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayında Azərbaycanın neft-qaz sektoruna 777,3 mln. manat həcmində vəsait yönəldirilib ki, bu da illik müqayisədə 5,3% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2022-ci ilin müvafiq dövründə sözügedən göstərici 737,9 mln. manat səviyyəsində olub.

Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 5 400,4 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 6,3% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR