İranın nüvə proqramı üzrə Birgə Komissiyanın iclası keçiriləcək

İranın nüvə proqramı üzrə Birgə Komissiyanın iclası keçiriləcək
# 23 dekabr 2021 16:28 (UTC +04:00)

İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planının Birgə Komissiyasının iclası keçiriləcək.

APA-nın xəbərinə görə, Birgə Komissiyanın iclası dekabrın 27-də Vyanada keçiriləcək.

Birgə Komissiyanın iclasına Ali Nümayəndə Cozep Borrellin adından Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin müavini Enrike Mora sədrlik edəcək.

İclasda Çin, Fransa, Almaniya, Rusiya, Britaniya və İranın nümayəndələri iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR