Polşa Prezidenti: Rusiya Ukraynaya qarşı yeni hücuma hazırlaşır

Polşa Prezidenti: Rusiya Ukraynaya qarşı yeni hücuma hazırlaşır
# 18 yanvar 2023 21:47 (UTC +04:00)

Polşa Prezidenti Andjey Duda Rusiyanın bir neçə ay ərzində Ukraynaya yeni hücuma hazırlaşmasından narahatlığını bildirib.

APA xəbər verir ki, bu barədə Polşa dövlət başçısı Davosda keçirilən Dünya İqtisadi Forumunda panel müzakirəsi zamanı deyib.

O, Kiyevə müasir tanklar və raketlərlə əlavə dəstək verilməsinin çox vacib olduğunu vurğulayıb.

“Onlar (Rusiya) hələ də çox güclüdürlər, Rusiya ordusu hələ zəifləməyib və mən qorxuram ki, onlar bir neçə ay sonra üçün yeni hücuma hazırlaşırlar. Ona görə də Ukraynaya xüsusi olaraq müasir tank və raketlər göndərmək çox vacibdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR