Cənubi Amerikada ilin rəmzi komandası bəlli olub

Cənubi Amerikada ilin rəmzi komandası bəlli olub
# 28 dekabr 2021 09:13 (UTC +04:00)

Cənubi Amerikada 2021-ci ilin rəmzi komandası bilinib.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) tərkibində çıxış edən yığmaların oyunçularından ibarət simvolik “11-liy”i açıqlayıb.

Ehtiyat qüvvənin də müəyyənləşdiyi rəmzi komandanın baş məşqçisi kimi Argentina millisinin çalışdırıcısı Lionel Skaloni seçilib.

Qapıçı: Emiliano Martines (Argentina/“Aston Villa”);
Müdafiəçilər: Mauritsio İsla (Çili/“Flamenqo”), Kristian Romero (Argentina/“Atalanta”-“Tottenhem”), Markinyoş (Braziliya/PSJ), Filipe Luis (Braziliya/“Flamenqo”);
Yarımmüdafiəçilər: Lionel Messi (Argentina/“Barselona”-PSJ), Rodrigo de Paul (Argentina/“Atletiko”), Luis Dias (Kolumbiya/“Porto”);
Hücumçular: Qabriel Barbosa (Braziliya/“Flamenqo”), Lautaro Martines (Argentina/“İnter”), Neymar (Braziliya/PSJ);
Ehtiyat oyunçular: Veverton (Braziliya/“Palmeyras”), Vanderson (Braziliya/“Qremio”), Qustavo Qomes (Paraqvay/“Palmeyras”), Kasemiro (Braziliya/“Real”), İqnasio Fernandes (Argentina/“Atletiko Mineyro”), Xulian Alvares (Argentina/“River Pleyt”), Halk (Braziliya/“Atletiko Mineyro”);
Baş məşqçi: Lionel Skaloni (Argentina).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR