“Qalatasaray” Duqlas Kostanı icarəyə götürmək istəyir

“Qalatasaray” Duqlas Kostanı icarəyə götürmək istəyir
# 24 dekabr 2021 11:25 (UTC +04:00)

“Qremio”nun yarımmüdafiəçisi Duqlas Kosta yenidən Avropada oynamağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, “Qalatasaray” ulduz futbolçunu heyətinə cəlb etmək niyyətindədir.

Braziliya klubunda icarə əsasında çıxış edən “sambaçı” müqavilə ilə “Yuventus”a məxsusdur. “Qremio” yüksək liqanı tərk etdiyindən, komandadan ayrılmaq qərarına gələn 31 yaşlı oyunçunu “cim-bom” yanvarda icarəyə götürməyi planlaşdırır. Klublar arasında anlaşma əldə olunarsa, İstanbul nəhəngi onu birdəfəlik transfer etmək şərtilə 6 aylıq icarəyə götürəcək.

Qeyd edək ki, Duqlas Kostanın “Yuventus”la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR