“Tornado”nun rəqiblə toqquşan 20 yaşlı qapıçısı ölüb

Taufik Remsi

© APA | Taufik Remsi

# 22 dekabr 2021 17:35 (UTC +04:00)

İndoneziyanın “Tornado” klubunun futbolçusu Taufik Remsi vəfat edib.

Apasport.az saytının məlumatına görə, 20 yaşlı qapıçı oyun zamanı rəqiblə toqquşmadan ölüb.

Hadisə 3-cü liqanın “Vaqana” ilə matçında baş verib. Toqquşma zamanı rəqibin ayağı Remsinin başına dəyib.

Huşunu itirən qolkiperi xərəkdə təcili tibbi yardım maşınına çatdırılıb. Başındakı ağır zədə ilə xəstəxanaya yerləşdirilən Remsi təcili əməliyyat olunub. Lakin həkimlərin səyləri yetərli olmayıb və bir neçə gün komada qalan futbolçu vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR