Çavuşoğlu: Türkiyə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını müsbət qiymətləndirir

Çavuşoğlu: Türkiyə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını müsbət qiymətləndirir
# 26 may 2023 17:37 (UTC +04:00)

Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına dair son açıqlamalarını müsbət qiymətləndiririk.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, rəsmi Ankara bu addımları dəstəkləyir: “Azərbaycan hərtərəfli sülh sazişi təklif edib. Ermənistan buna “hə” desə, bu saziş imzalanar. Biz də Türkiyə olaraq bu istiqamətdə müsbət addımlar atarıq. Bizim istəyimiz bölgəmizdə daimi sülh və sabitliyin olmasıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR