İstanbul valisi: Azərbaycan əsgərinin fədakarlığı əbədi qardaşlığımızın nişanəsidir

İstanbul valisi: Azərbaycan əsgərinin fədakarlığı əbədi qardaşlığımızın nişanəsidir
# 26 may 2023 22:23 (UTC +04:00)

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan hərbçilər fədakarlıq və cəsarətləri ilə nəsildən-nəsilə qürurla ötürüləcək əbədi qardaşlığımızın nişanəsidir.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə İstanbulda Azərbaycanın “28 May - Müstəqillik Günü”nə həsr olunmuş Baş Konsulluq tərəfindən təşkil olunan rəsmi qəbulda çıxışı zamanı İstanbul valisi Ali Yerlikaya bildirib.

O qeyd edib ki, Azərbaycanla Türkiyə həm kədər, həm də sevincli günlərdə əbədi olaraq bir olacaq.

“Qarabağda zəfərə gedən yolda tək yumruq olmağımız bunun ən gözəl nümunələrindən biridir… Bizim üçün İstanbul, Akara, Qaziantep, Kars nədirsə, Gəncə, Bakı, Kəlbəcər və Naxçıvan da eynidir. Azərbaycanın müstəqilliyinin 105-ci ilini büyük qürur və xoşbəxtlik ilə qeyd edirik”, - A. Yerlikaya vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR