Xorvatiyanın keçmiş prezidenti: Minatəmizləmə yalnız bundan əziyyət çəkən ölkələrin məsuliyyəti olmamalıdır

Xorvatiyanın keçmiş prezidenti: Minatəmizləmə yalnız bundan əziyyət çəkən ölkələrin məsuliyyəti olmamalıdır
# 26 may 2023 13:35 (UTC +04:00)

"Minatəmizləmə yalnız bundan əziyyət çəkən ölkələrin məsuliyyəti olmamalıdır. Digər ölkələr, beynəlxalq ictimaiyyət, qarşı tərəf bu məsələdə məsuliyyəti bölüşməli, minadan əziyyət çəkən ölkəyə yardım etməlidir".

APA xəbər verir ki, bunu Xorvatiyanın keçmiş prezidenti Stepan Mesiç Bakıda keçirilən "Minalarla mübarizə - Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol" mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

O vurğulayıb ki, minalardan mülki şəxslər ciddi əziyyət çəkir.

O, öz ölkəsinin minalarla mübarizə və mina təmizlənməsi prosesi barədə məlumatlandırıb. "Xorvatiyada minatəmizləmə prosesi hələ də davam edir. Bunun əsas səbəbi isə bizim əlimizdə mina xəritələrinin olmaması ilə bağlıdır. Minatəmizləmə yalnız bundan əziyyət çəkən ölkələrin məsuliyyəti olmamalıdır. Digər ölkələr, beynəlxalq ictimaiyyət, qarşı tərəf bu məsələdə məsuliyyəti bölüşməli, minadan əziyyət çəkən ölkəyə yardım etməli, minatəmizləmə və quruculuq işlərində qurban ölkəyə yardım etməlidir. Biz gələcək nəsillər qarşısında məsuliyyət daşıyırıq, ona görə də biz yalnız minatəmizləmə ilə məşğul olmaq və minalarla mübarizə aparmaqla yanaşı, ən əsası müharibə, münaqişə deyil, sülh və əməkdaşlıq üçün mübarizə aparmalıyıq".

Paneldə çıxış edən Silahsızlaşma Konfransında Almaniyanın daimi nümayəndəsi, səfir Tomas Qobel Ottava Konvensiyasının vacibliyini vurğulayıb.

O deyib ki, bu Konvensiya həm də dayanıqlı inkişaf məqsədlərinə nail olmaqda, xüsusilə də minalardan azad dünyaya çatmaq üçün əsas mexanizmlərdən biridir.

"Piyada əleyhinə minalar insanların həyat tərzinə ciddi çətinliklər, təhdidlər yardır. Piyada əleyhinə minaların yayılmasının qarşısının alınması insanların, gələcək nəsillərin həyatının təhlükəsizliyinə zəmanət verəcək", - o deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR