AFFA 7 komandaya texniki məğlubiyyət verib

AFFA 7 komandaya texniki məğlubiyyət verib
# 24 dekabr 2021 15:56 (UTC +04:00)

AFFA İntizam Komitəsi aşağı yaş qrupu üzrə çempionatlarda qeydə alınmış neqativ hallara hüquqi qiymət verib.

Apasport.az saytının məlumatına görə, komitə müxtəlif səbəblərdən 7 komandaya texniki məğlubiyyət verib.

Region Liqasında iki belə hal yaşanıb. “Sədərək” – “Babək” və “Araz” (Naxçıvan) – “Kəngərli” oyunlarında “Sədərək”lə “Kəngərli” matçın gedişində meydanı özbaşına tərk etdikləri üçün hesab olduğu kimi saxlanılmaqla texniki məğlubiyyət alıblar.

U-14 Liqasında “Neftçi” İK İB – “Neftçi” PFK görüşündə birincilər qeydiyyatda olan oyunçunun yerinə başqasını meydana buraxaraq, “lipa”dan istifadə etdiyi üçün 0:3 hesablı məğlub sayılıb.

Digər 4 cəza U-13 Liqasına şamil edilib. “Polad” FK (Sumqayıt), “Təhsil” RİM (Bakı), “Xırdalan” FK və “Aquatic” FK komandaları müvafiq olaraq “İnternational” FA, “Sahil” FA, RİOEUGİM və AZART-la matça təyin olunan vaxtda gəlmədikləri üçün 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR