AFFA-nın İcraiyyə Komitəsi legioner limitini müzakirə edəcək

AFFA-nın İcraiyyə Komitəsi legioner limitini müzakirə edəcək
# 28 aprel 2022 16:53 (UTC +04:00)

AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək.

Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, tədbir aprelin 29-da baş tutacaq.

Bakı Olimpiya Stadionundakı iclas saat 13:00-da başlayacaq. İclasın gündəliyində bir sıra vacib məsələlər müzakirə olunacaq.

Komitə üzvləri Birinci Divizionda çıxış edən komandalarla bağlı müzakirələr aparacaq, həmçinin legioner limiti və Azərbaycan çempionatında əvəzetmə sayının artırılması barədə fikir mübadilə gerçəkləşdirəcək.

AFFA-nın Yoxlama və Təftiş Komitəsi ilə bağlı müzakirə edəcək İcraiyyə Komitəsi digər məsələlərə də baxacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR