Azərbaycan çempionatına yeni gələcək klublar açıqlanıb

Azərbaycan çempionatına yeni gələcək klublar açıqlanıb
# 29 aprel 2022 16:29 (UTC +04:00)

Azərbaycan çempionatının I divizionunda 3 yeni komanda iştirak edəcək.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı AFFA verib.

Qurumun İcraiyyə Komitəsi üç komandanı aşağı dəstəyə buraxmaq barədə qərar qəbul edib. Bunlar "İmişli", "Mingəçevir" və "Araz Naxçıvan"dır.

Bölgə komandaları 2022/2023-cü il mövsümündən etibarən I divizionda çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR