Azərbaycan I divizionunun çempionu müəyyənləşib

Azərbaycan I divizionunun çempionu müəyyənləşib
# 19 aprel 2022 17:58 (UTC +04:00)

Azərbaycan çempionatının birinci divizionunda 2021/22 mövsümünün çempionu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, XXII tur oyunlarından sonra lider “Qaradağ Lökbatan” birinciliyi təmin edib.

Hesabat turunda “Zaqatala” üzərində 2:0 hesablı qələbə qazanan lökbatanlılar sona 4 tur qalmış ən yaxın izləyicisini 15 xal qabaqlayır. Bununla Rafael Əmirbəyovun kollektivi rəqibləri üçün əlçatmaz olub.

I Divizionun daimi iştirakçısına çevrilən “Qaradağ Lökbatan” ikinci dəfə turnirin qalibi adına yiyələnib. Komanda ilk dəfə 10 il əvvəl - 2011/12 mövsümündə bu liqanı qazanıb.

Qeyd edək ki, “Qaradağ Lökbatan” XXI turdan sonra idman prinsipləri ilə Premyer Liqaya vəsiqəni təmin edib.

I Divizion
XXII tur
19 aprel
“Qaradağ Lökbatan” – “Zaqatala” – 2:0

Sabir Allahquliyev, 5, 27 (pen.)

“Qarabağ-2” – MOİK – 0:0

“Kəpəz” – “Səbail” – 2:1
Bəhruz Teymurov, 20, Cavad Kərimov, 55 – Elvin Sərkarov, 12 (pen.)

1

Qaradağ Lökbatan

21

16

2

3

41-12

50

2

Şamaxı-2

20

10

5

5

29-18

35

3

Qarabağ-2

20

9

7

4

35-21

34

4

Neftçi-2

20

10

3

7

39-32

33

5

Sabah-2

20

9

6

5

33-27

33

6

Kəpəz

20

8

7

5

31-27

31

7

MOİK

20

9

4

7

30-26

31

8

Qəbələ-2

21

9

3

9

33-29

30

9

Zaqatala

20

8

3

9

30-29

27

10

Turan Tovuz

21

7

3

11

25-37

24

11

Sumqayıt-2

20

6

2

12

18-32

20

12

Səbail-2

21

4

2

15

24-45

14

13

Zirə-2

20

2

3

15

12-45

9

Bombardir: Sabir Allahquliyev (“Qaradağ Lökbatan”) - 20 qol

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR