Azərbaycan Premyer Liqasında V turun hakimləri açıqlanıb

Azərbaycan Premyer Liqasında V turun hakimləri açıqlanıb
# 18 sentyabr 2019 11:57 (UTC +04:00)

Azərbaycan Premyer Liqasında V turun oyunları üçün bütün təyinatlar açıqlanıb.

APA-nın məlumatına görə, sentyabrın 21-23-də baş tutacaq qarşılaşmaların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri bəlli olub.

Tura Rəvan Həmzəzadənin start fiti ilə başlayacaq. Onunla yanaşı, İnqilab Məmmədov, Əliyar Ağayev və Rauf Cabbarov da baş hakim kimi meydana çıxacaq.

Azərbaycan Premyer Liqası
V tur
21 sentyabr (şənbə)
“Sumqayıt” – “Sabah”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Elçin Məsiyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Kapital Bank Arena”, 17:30

“Səbail” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamal Umudlu
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASCO Arena”, 19:45

22 sentyabr (bazar)
“Neftçi” – “Keşlə”

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rəşad Əhmədov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bakcell Arena”, 18:30

23 sentyabr (bazar ertəsi)
“Zirə” – “Qarabağ”

Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Nahid Əliyev, Səbuhi Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zirə İdman Kompleksinin stadionu, 19:00

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR