Azərbaycan milli komandasının futbolçusu Rüfət Dadaşov növbəti qolunu vurub.
APA-nın məlumatına görə, hücumçu
Bəhreynlə yoldaşlıq oyununda hesabı bərabərləşdirib.
Bu, Almaniya futbolunun yetirməsi olan milliləşən legionerin yığmadakı 5-ci qolu olub. R.Dadaşov bu topu 24-cü matçında vurub.
O, komandanın tarixinin bombardirləri siyahısında 8-14-cü yerlərə şərik olub. Forvard 5 qola malik 7-ci oyunçudur. O, bu göstəricidə Nazim Süleymanov, Rəşad Sadıqov, Vyaçeslav Lıçkin, Əfran İsmayılov, Fərrux İsmayılov və Vidadi Rzayevə çatıb.
R.Dadaşov fasilələrlə çağırıldığı yığmada son qolunu 6 il əvvəl – 2013-cü il oktyabrın 11-də vurub. O, 2189 gün əvvəl Şimali İrlandiya ilə DÇ-2014-ün Bakıdakı seçmə oyununda (2:0) fərqlənib.
Azərbaycan yığmasının hücumçusu 6 ildən sonra qol vurub
09 oktyabr 2019 21:31 (UTC +04:00)
Futbol
Əliyar Ağayev Yunanıstanda Fatih Terimin baş məşqçisi olduğu komandanın oyununu idarə edəcək
17:04
25 aprel 2024
“Fənərbaxça”-“Beşiktaş” derbisinin baş hakimi məlum olub
15:53
25 aprel 2024
"Qarabağ" ölkə kubokunun finalında
21:53
24 aprel 2024
Fransa klubu Zubiri transfer etmək istəyir
16:30
24 aprel 2024