Azərbaycanda VAR sistemi Premyer Liqanın ilk turundan fəaliyyətə başlayacaq

Ramin Musayev

© APA | Ramin Musayev

# 15 iyul 2022 15:25 (UTC +04:00)

“VAR sistemi I turdan fəaliyyətə başlayacaq”.

Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

O bildirib ki, ilk turdan çempionatda VAR sistemi tətbiq ediləcək: “Sistemin rəhbəri də türkiyəli Barış Şimşek olacaq”.

Qeyd edək ki, Premyer Liqanın 2022/2023 mövsümünün I turunun oyunlarına avqustun 5-də start veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR