Belarus yığmasının baş məşqçisi AVRO-2020-də uğursuz çıxış səbəbindən postundan ayrılıb

Belarus yığmasının baş məşqçisi AVRO-2020-də uğursuz çıxış səbəbindən postundan ayrılıb
# 13 iyun 2019 14:53 (UTC +04:00)

Futbol üzrə Belarus milli komandasının baş məşqçisi İqor Kriuşenko postundan ayrılıb.

APA-nın məlumatına görə, buna yığmanın AVRO-2020-nin seçmə mərhələsindəki uğursuz çıxışı səbəb olub.

Ardıcıl 4 məğlubiyyətdən sonra mütəxəssislə Belarus Futbol Federasiyasının rəhbərliyi arasında görüş keçirilib. Tərəflər müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilməsi barədə qərar qəbul ediblər.

Qeyd edək ki, 2017-ci ildən Belarus millisini çalışdıran İ.Kriuşenkonun yetirmələri Millətlər Liqasının D liqasının 2-ci qrupunun qalibi olub. Bununla da yığma həm C liqasına, həm də AVRO-2020-nin pley-offuna vəsiqə qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR