BMT səfiri İranı dünya çempionatından uzaqlaşdırmaq üçün FIFA-ya müraciət edib

BMT səfiri İranı dünya çempionatından uzaqlaşdırmaq üçün FIFA-ya müraciət edib
# 27 oktyabr 2022 09:40 (UTC +04:00)

BMT səfiri Paolo Zampolli FIFA prezidenti Canni İnfantinonu Qətərdə keçiriləcək dünya çempionatında İranı İtaliya ilə əvəzləməyə çağırıb.

Apasport.az saytının məlumatına görə, o, bunu bütün dünyanın istədiyini söyləyib.

Zampollinin fikrincə, İran DÇ-2022 öncəsi diskvalifikasiya edilməlidir: “Dünya sizdən İranı dünya çempionatından diskvalifikasiya etmək üçün təcili tədbir görmənizi gözləyir. Sabiq baş nazir Boris Consonla birlikdə Superliqaya qarşı çıxdınız. İndi milyardlarla fanat üçün mənfi siyasi xəbərlər dünyanı buludlandırmamalıdır. Şəxsən mən və bütün dünya İranın diskvalifikasiyasından sonra İtaliyanın İngiltərə ilə oynamasını arzulayıram. Bildiyim qədərilə İtaliya FIFA reytinqində mundiala vəsiqə qazana bilməyənlər arasında birinci yerdədir”.

Qeyd edək ki, bundan əvvəl bir qrup iranlı futbolçu və futbol xadimi FIFA-dan yığmanın DÇ-2022-dən kənarlaşdırılmasını tələb edib. Mundial noyabrın 20-də start götürəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR