"Fənərbaxça" baş məşqçi İsmail Kartalla yolları ayırır

İsmail Kartal

© APA | İsmail Kartal

# 10 may 2024 12:54 (UTC +04:00)

Türkiyə Super Liqa təmsilçilərindən "Fənərbaxça" baş məşqçisi İsmail Kartalla bağlı qərar verib.

Apasport.az "Sabah"a istinadla xəbər verir ki, İstanbul klubu mövsümün sonunda müqavilə müddəti başa çatan mütəxəssislə yolları ayıracaq.

Mənbənin sözlərinə görə, Ali Koçun yenidən prezident olacağı təqdirdə klub əcnəbi məşqçi ilə davam edəcək.

Qeyd edək ki, İsmail Kartal bu mövsüm "Fənərbaxça" ilə 55 matçda 41 qələbə, 7 heç-heçə və 7 məğlubiyyətlə hər matçda orta hesabla 2,36 xal qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR