“Liverpul”un yeni futbolçusu Aleksis Makallisterin maaşı bəlli olub.
Apasport.az saytının məlumatına görə, argentinalı yarımmüdafiəçi ildə 6 milyon funt qazanacaq.
“Brayton” futbolçusunun transferindən 60 milyon avro əldə edəcək. 24 yaşlı cənubi amerikalının “Liverpul”la müqaviləsi 2028-ci ilədək nəzərdə tutulacaq.
Qeyd edək ki, Argentina yığması ilə dünya çempionu olan Aleksis “Brayton”dakı son mövsümündə 40 oyun keçirib və 12 qola imza atıb.