“Brentford”un futbolçusu 13 dəfə oynadığı tərəfin uduzacağına pul qoyub

“Brentford”un futbolçusu 13 dəfə oynadığı tərəfin uduzacağına pul qoyub
# 26 may 2023 19:07 (UTC +04:00)

Totalizatora mərc etdiyi üçün 8 aylıq cəzalanan “Brentford”un futbolçusu Ayvan Toninin bukmeker kontorlarındakı fəaliyyətinin təfərrüatı bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu İngiltərə Futbol Assosiasiyası açıqlayıb.

Hücumçu 2017-ci ilin fevralından 2021-ci ilin yanvarına qədər olan müddətdə 232 mərc edib. Toni 29 dəfə öz komandasının oyununa proqnoz verib.

O, 13 dəfə oynadığı tərəfin uduzacağına pul qoyub. Amma Ayvan bu qarşılaşmaların heç birində meydana çıxmayıb.

Forvard 15 dəfə özünün qol vuracağına mərc gəlib. O, başqa şəxslərin akkauntlarından yararlanaraq proqnoz verib.

Qeyd edək ki, öncə ittihamlarla razılaşmayan futbolçu sonradan bütün əməllərini boynuna alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR