Çempionlar Liqası: “Qarabağ” səfərdə “Sürix”lə qarşılaşacaq

Çempionlar Liqası: “Qarabağ” səfərdə “Sürix”lə qarşılaşacaq
# 27 iyul 2022 01:55 (UTC +04:00)

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” İsveçrədə “Sürix”in qonağı olacaq.

Ötən həftə Bakıda rəqibini 3:2 hesabı ilə məğlub edən Ağdam klubu üstünlüyünü qorumağa çalışacaq. Qurban Qurbanovun yetirmələri mərhələ adlamamaq üçün uduzmamalıdır. Minimal fərqli yenilgi isə matçı əlavə vaxt və hətta penaltilər seriyasına qədər uzada bilər.

Son iki görüşdə 8 qol vuran “Qarabağ” Sürixdə də məhsuldar oyun göstərmək əzmindədir. Qənaətbəxş nəticə ilə tur adlayacağı halda komandamız ardıcıl 9-cu dəfə avrokubokların, ən pis halda Konfrans Liqasının qrupunda olacaq.

Qeyd edək ki, “Sürix” – “Qarabağ” cütünün qalibi Çempionlar Liqasında “Ferensvaroş” – “Slovan” duelinin güclüsü ilə qarşılaşacaq. İsveçrədəki qarşılaşmada mərhələ keçə bilməyəcək tərəf isə Avropa Liqasında “Linfild” (Şimali İrlandiya) – “Bodo Qlimt” (Norveç) cütünün məğlubi ilə üz-üzə gələcək.

Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
27 iyul
21:00. “Sürix” – “Qarabağ”
Baş hakim:
Allard Lindhout (Niderland)
Sürix. Letzigrund stadionu
İlk oyun – 2:3

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR