Dünya çempionunun villası qarət olunub

Dünya çempionunun villası qarət olunub
# 27 aprel 2022 16:54 (UTC +04:00)

Almaniya millisinin sabiq futbolçusu Şkodran Mustafinin villası qarət olunub.

Apasport.az saytının məlumatına görə, üç naməlum şəxsin cinayət törətdiyi zaman “Levante”nin müdafiəçi də evdə olub.

Oğrular qolf meydançasından villaya daxil olub. Onlar balkonlardan birinin şüşəsini qıraraq evə giriblər. Qiymətli əşyalar və nağd pulları yığan cinayətkarlar futbolçunun təxminən 1 milyon avroluq ziyana salıb.

Şkodran onların villada keçirdiyi təxminən yarım saat ərzində digər mərtəbədə olub. Bu üzdən müdafiəçi hadisədən gec xəbər tutub. Hadisə ilə bağlı istintaq başlayıb.

Qeyd edək ki, Mustafi DÇ-2014-ün çempionudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR