Əmrə Bəlözoğlu 39 yaşında qol vurub, “Fənərbaxça” darmadağına imza atıb

Əmrə Bəlözoğlu 39 yaşında qol vurub, “Fənərbaxça” darmadağına imza atıb
# 19 avqust 2019 22:57 (UTC +04:00)

Türkiyə Super Liqasında I tura yekun vurulub.

APA-nın məlumatına görə, turun son günündə bir qarşılaşma keçirilib.

“Fənərbaxça” İstanbulda “Qaziantep”i qəbul edib. Şəhərin digər iddialı komandaları – “Qalatasaray”, “Başakşəhər” və “Beşiktaş” mövsümə məğlubiyyətlə başlasa da, “sarı-lacivərdlilər” fərqli nəticəyə imza atıblar.

“Fənərbaxça” rəqibini beş cavabsız qolla darmadağın edib. İstanbullular artıq ilk 24 dəqiqədə üç qol vurmaqla gücünü nümayiş etdirib. Əmrə Bəlözoğlu isə 39 yaşında qol vurmağı bacarıb.

Qeyd edək ki, növbəti turun oyunları avqustun 23-26-da keçiriləcək.

Türkiyə Super Liqası
I tur
19 avqust
“Fənərbaxça” – “Qaziantep” – 5:0

Mozes, 6 (pen.), Muriqi, 17, Bəlözoğlu, 24 (pen.), Dirar, 74, Ferdi, 88

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR