“Fənərbaxça” Con Terriyə təklif göndərib

“Fənərbaxça” Con Terriyə təklif göndərib
# 24 dekabr 2021 16:56 (UTC +04:00)

“Aston Villa”nın məşqçisi Con Terri Türkiyəyə köçə bilər.

Apasport.az saytının məlumatına görə, İngiltərə millisinin sabiq kapitanı “Fənərbaxça”dan təklif alıb.

İstanbul təmsilçisi 41 yaşlı mütəxəssisi idman direktoru vəzifəsinə gətirməyi nəzərdən keçirir. Terri özü də “Fənər”in sabiq futbolçusu Dieqo Luqanodan bu komanda barədə məlumat toplayıb. O, “sarı-lacivərdlilər”lə anlaşsa, Luqanonu özünə köməkçi gətirəcək.

Qeyd edək ki, futbolçu karyerasını 2018-ci ildə “Aston Villa”da bitirən Con Terri həmin vaxtdan bu komandada köməkçi-məşqçi kimi çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR