FİFA mükafatlarının sahibləri açıqlanıb

FİFA mükafatlarının sahibləri açıqlanıb
# 17 yanvar 2022 22:42 (UTC +04:00)

FİFA-nın “The Best” mükafatlarının təqdimetmə mərasimi keçirilir.

Apasport.az saytının məlumatına görə, tədbir İsveçrənin Sürix şəhərində təşkil olunub.

Mərasimdə müxtəlif nominasiyalar üzrə 2021-ci ilin ən yaxşıları açıqlanıb. Bütün mükafatların sahiblərini təqdim edirik:

Bombardirliyi üçün FİFA-nın xüsusi mükafatı - Kristina Sinkleyr (Kanada)
İlin qadın qapıçısı – Kristian Endler (Çili/PSJ/ “Lion”)
İlin kişi qapıçısı – Eduar Mendi (Seneqal/“Çelsi”)
Puşkaş mükafatı – Erik Lamela (Argentina/ “Tottenhem”) “Arsenal”ın qapısına vurulan qol
Feyr-pley mükafatı – Danimarka yığması və tibbi personalı (Kristian Eriksenin ürəyi dayandığı Finlandiya ilə matçdakı davranışına görə)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR