Fransa millisinin sabiq futbolçusu Frank Riberi karyerasını İtaliyada davam etdirəcək.
APA-nın məlumatına görə, təcrübəli yarımmüdafiəçi A seriyası təmsilçisi “Fiorentina” ilə anlaşıb.
36 yaşlı futbolçu Florensiya klubu ilə 2 illik müqaviləni razılaşdırıb. F.Riberi ildə 4 milyon avro qazanacaq. Bu məbləğə mükafatlar da əlavə olunacaq.
Qeyd edək ki, yarımmüdafiəçi 2007-19-cu illərdə Almaniyanın “Bavariya” klubunda çıxış edib. O, müqaviləsi başa çatdığı üçün Münhen təmsilçisindən ayrılıb.