Futzal üzrə Azərbaycan millisi UEFA reytinqində ili 7-ci pillədə bitirib

Futzal üzrə Azərbaycan millisi UEFA reytinqində ili 7-ci pillədə bitirib
# 29 dekabr 2021 12:00 (UTC +04:00)

Futzal üzrə milli komandaların 2021-ci il üçün yekun reytinq cədvəli açıqlanıb.

Apasport.az saytının məlumatına görə, UEFA-nın açıqladığı Avropa komandalarının sıralamasında Azərbaycan yığması ili 7-ci pillədə başa vurub.

Joza Alesio da Silvanın yetirmələrinin hesabında 2015 xal var. Millimiz ötən illə müqayisədə bir pillə geriləyib.

Avropa yığmaları arasında reytinqə İspaniya (2493 xal) başçılıq edir. Rusiya ilə Portuqaliya bir il ərzində yerlərini dəyişib. Şimal qonşularımız 2464 xalla ikinci, portuqaliyalılar isə 2450 xalla üçüncü sırada qərarlaşıb.

İlk “10-luq”:
1 (=). İspaniya – 2493 xal
2 (+1). Rusiya - 2464
3 (-1). Portuqaliya - 2450
4 (=). Qazaxıstan – 2385
5 (+2). Xorvatiya - 2051
6 (-1). Serbiya - 2050
7 (-1). Azərbaycan - 2015
8 (=). İtaliya - 1934
9 (+1). Çexiya - 1887
10 (-1). Ukrayna - 1856

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR