İngiltərə Premyer Liqasında transfer rekordu vurulub

İngiltərə Premyer Liqasında transfer rekordu vurulub
# 02 sentyabr 2022 09:05 (UTC +04:00)

İngiltərədə yay transfer pəncərəsi bağlanıb.

Apasport.az saytının məlumatına görə, keçid dövründə yeni rekord qeydə alınıb.

Premyer Liqa klubları yeni oyunçulara ümumilikdə 2,2 milyard avro xərcləyib. Bu da tarixin ən yüksək göstəricisidir.

Əvvəlki rekord 2017-ci ildə qeydə alınıb. Həmin vaxt Premyer Liqa təmsilçiləri 1,6 milyard avro xərcləyib.

20 klubdan 9-nun xərcləri 100 milyon avronu keçib. Transferlərin ümumi qiyməti ötən ilkindən 67 faiz çox olub.

Qeyd edək ki, İngiltərədə transfer pəncərəsi iyunun 10-dan sentyabrın 1-dək açıq olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR