İspaniya kubokunda son finalçılar 1/8 finalda rəqib olub

İspaniya kubokunda son finalçılar 1/8 finalda rəqib olub
# 07 yanvar 2022 16:27 (UTC +04:00)

İspaniya Kral Kubokunda 1/8 final mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, “Real”, “Barselona”, “Sevilya”, “Atletiko” kimi nəhənglərin rəqibləri müəyyənləşib.

Turnirin ötən mövsümdəki finalçıları “Barselona” ilə “Atletik” bu dəfə 1/8 finalda üz-üzə gələcək. Finalda rəqibini böyük hesabla (4:0) üstələyən Kataloniya klubu Bilbaoda mərhələ adlamağa çalışacaq. La Liqanın digər aparıcı komandaları “Real”, “Sevilya” və “Atletiko” da səfər sınağına çıxacaq.

“Atletiko Baleares” – “Valensiya”
“Xirona” – “Rayo Valyekano”
“Sportinq Xixon” – “Kadiz”
“Betis” – “Sevilya”
“Malyorka” – “Espanyol”
“Elçe” – “Real”
“Real Sosyedad” – “Atletiko”
“Atletik” – “Barselona”

Cütlüklərdə ilk 5 oyun yanvarın 15-16-da, son 3 cütlüyün matçları isə 19-20-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR