Jorje Mendeş “Real”la danışıqlara başlayıb

Jorje Mendeş “Real”la danışıqlara başlayıb
# 27 aprel 2022 15:18 (UTC +04:00)

“Real” yarımmüdafiəçisi Marko Asensio ilə ilə müqaviləni yeniləyə bilər.

Apasport.az saytının məlumatına görə, 26 yaşlı futbolçu əsas heyətdə düşməkdə çətinlik çəksə də, komandasını dəyişmək istəmir.

Asensionun yeni meneceri Jorje Mendeş sözləşmənin şərtlərini müzakirə etmək üçün “kral klubu”nun rəsmiləri ilə danışıqlara başlayıb. Hər şey klubun maliyyə təklifindən asılı olacaq. İspaniya millisinin üzvü başqa klubların da maraq dairəsindədir.

Qeyd edək ki, Marko Asensio bu mövsüm bütün turnirlərdə keçirdiyi 38 oyunda 11 qol vurub. Onun hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR