“Kəpəz” iki futbolçusu ilə vidalaşıb

“Kəpəz” iki futbolçusu ilə vidalaşıb
# 06 iyun 2023 12:47 (UTC +04:00)

“Kəpəz” iki futbolçusu ilə vidalaşıb.

Apasport.az saytının məlumatına görə, bunu Gəncə klubunun mətbuat xidməti açıqlayıb.

Hücumçu Salif Sisse və qapıçı Mario Mustapiç ilə müqaviləsi başa çatıb. Qərblilər legionerlərlə yeni anlaşma imzalamayıb.

Qeyd edək ki, son mövsümdə 13 oyunda forma geyinən Sisse 1 qol vurub. Mustapiç isə çempionatda 9 oyuna çıxıb və 12 top buraxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR