Konfrans Liqası: “Neftçi”nin potensial rəqibi bəlli olub

Konfrans Liqası: “Neftçi”nin potensial rəqibi bəlli olub
# 18 iyul 2022 16:20 (UTC +04:00)

Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə “Neftçi”nin potensial rəqibi müəyyənləşib.

II raundda Kipr klubu “Aris”lə qarşılaşacaq Premyer Liqanın gümüş mükafatçısı rəqibini üstələyəcəyi təqdirdə növbəti mərhələdə “Rapid” (Vyana, Avstriya) - “Lexiya” (Qdansk, Polşa) cütünün qalibi ilə görüşəcək. “Ağ-qaralar” mərhələ adlayarsa ilk matçını evdə keçirəcək.

Qeyd edək ki, Konfrans Liqasında III təsnifat mərhələsinin oyunları avqustun 4-də və 11-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR