Konfrans Liqasında VAR olacaq

Konfrans Liqasında VAR olacaq
# 22 aprel 2022 15:33 (UTC +04:00)

VAR sistemi Konfrans Liqasında da tətbiq olunacaq.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı UEFA verib.

Qurum cari mövsümün yarımfinalında hakimin video assistentindən yararlanmağı məqsədəuyğun sayıb. Öncədən yalnız finalda bu texnologiyadan istifadə planlaşdırılırdı.
Konfrans Liqası qitənin üçüncü dərəcəli klub turniri sayıldığından və burada o qədər də böyük olmayan komandalar iştirak etdiyindən VAR-ın tətbiqi vacib hesab edilmirdi.

Qeyd edək ki, yarımfinalda “Lester” “Roma”, “Feyenoord” “Marsel”lə görüşəcək. İlk oyunlar aprelin 28-də, cavab matçları mayın 5-də, final isə 25-də təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR