Koutinyonun “Aston Villa”ya keçidi rəsmiləşib

Koutinyonun “Aston Villa”ya keçidi rəsmiləşib
# 07 yanvar 2022 13:37 (UTC +04:00)

“Barselona”nın yarımmüdafiəçisi Filipp Koutinyonun “Aston Villa”ya keçidi rəsmiləşib.

Apasport.az xəbər verir ki, hər iki klub transferi rəsmi saytı vasitəsilə açıqlayıb.

Anlaşmaya əsasən, Braziliya millisinin üzvü mövsümün sonuna qədər Premyer Liqa klubuna icarəyə verilib. 30 yaşlı pleymeykerin maaşının böyük hissəsini ingilislər ödəyəcək. Gün ərzində Birminhemə yollanacaq futbolçu münasibətləri rəsmiləşdirəcək. “Aston Villa” onu mövsümün sonunda birdəfəlik transfer etmək hüququna malik olacaq.

Qeyd edək ki, Filipp Koutinyonun “Barselona” ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR