Kriştianu Ronaldo: “Qətərdəki dünya çempionatında millidə olacağımı istisna etmirəm”

Kriştianu Ronaldo: “Qətərdəki dünya çempionatında millidə olacağımı istisna etmirəm”
  • Clock-gray 09:49
  • calendar-gray 23 Avqust 2019

“Millinin qapılarını bağlamıram. Gücüm və motivasiyam olduğu qədər həmişə yığmanın düşərgəsinə getməyə hazır olacağam”.

APA-nın məlumatına görə, bunu Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo deyib.

İtaliyanın “Yuventus” klubunun 34 yaşlı hücumçusu yığma karyerası barədə fikirlərini açıqlayıb. O, millidən getməyi düşünmədiyini bildirib: “Yığmadan o halda gedərəm ki, məni dəvət etməyə son versinlər. Qətərdəki dünya çempionatında millidə olacağımı istisna etmirəm. Hesab edirəm ki, həmin vaxt yığmadan uzaqda olmayacağam. Portuqaliya millisi ilə çox gözəl anlar yaşamışam. Bəlkə də yığmadakı oyunumdan son 5 ildə daha çox zövq almışam. Səbəbini soruşmayın, amma mənim millidə oynamaqdan xoşum gəlir. Portuqaliya yaşamaq istədiyim ölkədir. Əminəm ki, bir neçə ildən sonra ailəmlə birlikdə burada yaşayacağam”.

Qeyd edək ki, K.Ronaldo yığma ilə Avropa çempionu və UEFA Millətlər Liqasının qalibi olub.
 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date