“Lion”un futbolçusu vətəndaşlığını dəyişir

“Lion”un futbolçusu vətəndaşlığını dəyişir
# 06 yanvar 2023 17:03 (UTC +04:00)

“Lion”un futbolçusu Ussem Auarın oynayacağı milli komanda müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Əlcəzair yığmasında oynamağa qərar verib.

Bunu ölkənin futbol federasiyasının prezidenti Cahid Zefzef açıqlayıb. O bildirib ki, “Renn”in hücumçusu Amn Quirinin də vətəndaşlığını dəyişməsi üçün danışıqlar aparılır: “Ussem Auar Əlcəzair yığmasına qoşulmağa razılığını verib. İndi biz Amin Quiri ilə danışıqlar aparırıq. Lakin hələ heç nə dəqiqləşməyib”.

Qeyd edək ki, hər iki futbolçu anadan olduqları Fransanın vətəndaşıdır. Onlar bu ölkənin müxtəlif yığmalarında çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR