“Mançester Yunayted” yeni baş məşqçisini açıqlayıb

“Mançester Yunayted” yeni baş məşqçisini açıqlayıb
# 21 aprel 2022 15:26 (UTC +04:00)

“Mançester Yunayted”in yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.

Yeni mövsümdən komandanı Erik Ten Haq çalışdıracaq. 52 yaşlı niderlandlı ilə müqavilə 2025-ci ilin yayında başa çatacaq. Anlaşma daha bir il müddətinə uzadıla bilər. O, indiki baş məşqçi Ralf Ranqniki əvəzləyəcək.

Qeyd edək ki, Ten Haq 2017-ci ildən “Ayaks”ı çalışdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR