Messi 100 qol səddini keçən 3-cü futbolçu olub

Messi 100 qol səddini keçən 3-cü futbolçu olub
# 29 mart 2023 09:40 (UTC +04:00)

Lionel Messi yığmada 100 qol səddini adlayan üçüncü futbolçu olub.

Apasport.az saytının məlumatına görə, 36 yaşlı hücumçu Argentina yığmasının Kurasao yığması ilə yoldaşlıq oyununda buna nail olub.

Messi 7:0 hesablı qələbəyə üç qolla töhfə verib. Bununla da forvardın yığmadakı qollarının sayı 102-yə çatıb.

Lionelə qədər yalnız iki futbolçu “100”ü keçib. Dünya rekordu Portuqaliya millisində 122 qol vuran Kriştiano Ronaldoya məxsusdur. İranlı Əli Daei 109 dəfə fərqlənib.

Qeyd edək ki, Azərbaycan millisinin rekordçusu Qurban Qurbanovun aktivində 14 top var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR