Messi kubok matçında oynamayacaq

Messi kubok matçında oynamayacaq
# 06 yanvar 2023 12:37 (UTC +04:00)

PSJ-nin futbolçusu Lionel Messi Fransa kubokunun 1/32 final mərhələsində oynamayacaq.

Apasport.az saytının məlumatına görə, bunu Paris təmsilçisinin baş məşqçisi Kristof Qaltye açıqlayıb.

O bildirib ki, argentinalı ulduz “Şatoru” ilə bugünkü matçda iştirak etməyəcək: “Lionel “Şatoru”ya qarşı görüşdə meydana çıxmayacaq. Biz bunu onun özü ilə müzakirə etdik. Biz onun növbəti matça hazırlaşmasını istəyirik”.

Qeyd edək ki, “Şatoru”ya qarşı görüşdə Kilian Mbappe, Neymar, Əşrəf Hakimi və Marko Verratti də forma geyinməyəcək. PSJ növbəti matçını Liqa1-də “Anje”yə qarşı keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR