“Milan”ın heyətinə qatmaq istədiyi futbolçular bəlli olub

“Milan”ın heyətinə qatmaq istədiyi futbolçular bəlli olub
# 09 iyun 2023 10:34 (UTC +04:00)

“Milan”ın yay transfer pəncərəsində heyətinə qatmaq istədiyi futbolçular bəlli olub.

Apasport.az saytının məlumatına görə, İtaliya klubu üç oyunçunun xidmətində maraqlıdır.

A seriyası təmsilçisi “Lester”dən ayrıldıqdan sonra azad agent statusu alan Yuri Tilemansı heyətinə qatmağı planlaşdırır. Yarımmüdafiəçi “Milan”ın yeganə istəyi deyil.

“Rossonyeri” Mönhenqladbax “Borussiya”sının hücumçusu Markus Türamın da xidmətində maraqlıdır. “Ayntraxt”ın müdafiəçisi Evan Ndika da milanlıların transfer siyahısındadır.

Qeyd edək ki, Ndika “Roma”nın, Türam PSJ-nin də maraq dairəsindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR