“Neftçi” 60-cı avrokubok oyununda 60-cı qolu vurub

“Neftçi” 60-cı avrokubok oyununda 60-cı qolu vurub
  • Clock-gray 21:39
  • calendar-gray 18 İyul 2019

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu “Neftçi” üçün əlamətdar olub.

APA-nın məlumatına görə, öz meydanında Moldova “Speranta”sını qəbul edən Azərbaycanın ən titullu klubu avrokuboklarda 60-cı oyununu keçirir.

Bu görüşdə hesabı açan Vangelis Platellasın qolu da tarixi əhəmiyyət kəsb edib. Yunanıstanlı legioner “Neftçi”nin avrokuboklarda 60-cı qoluna imza atıb.

Qeyd edək ki, hazırda 2:0 hesabı ilə öndə olan bakılılar qol sayını 61-ə çatdırıb.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date