Niderland və Seneqal 1/8 finalda

Niderland və Seneqal 1/8 finalda
# 29 noyabr 2022 21:21 (UTC +04:00)

Bu gün Qətərdə keçirilən DÇ-2022-də qrup mərhələsinin son turuna start verilib.

Apasport.az saytının məlumatına görə, mundialın 10-cu oyun günü A qrupunun matçları ilə başlayıb.

Son turun hər iki görüşü eyni vaxtda başlayıb. 1/8 final şansını itirən Qətər qrupun lideri Niderlandla görüşüb. Meydan sahiblərini məğlub “narıncılar”a qrup qalibi kimi 1/8 finala vəsiqə qazanıb.

Paralel keçirilən digər matçda Ekvadorla Seneqal qarşılaşıb. Qalib gələcək komanda 1/8 finala yüksələcəkdi. Əzmkar qələbə qazanan Afrika təmsilçisi 20 ildən sonra mundialın 1/8 finalına yüksəlib.

Qeyd edək ki, bu gün B qrupunda da III turun matçları keçiriləcək.

DÇ-2022, qrup mərhələsi
A qrupu
III tur, 29 noyabr

19:00. Niderland - Qətər - 2:0
Qollar:
Kodi Qakpo, 26, Frenki de Yonq, 50
19:00. Ekvador – Seneqal - 1:2
Qol: İ
smaila Sarr, 44 (pen.), Moyses Kaysedo, 67, Kalidu Kulibali, 70

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR