PSJ-nin futbolçusu yenidən La Liqa klubunda oynayacaq

PSJ-nin futbolçusu yenidən La Liqa klubunda oynayacaq
# 27 dekabr 2021 14:24 (UTC +04:00)

PSJ-nin yarımmüdafiəçisi Rafinya Alkantara karyerasını yenidən İspaniyada davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçu “Real Sosyedad”la anlaşıb.

28 yaşlı orta sahə oyunçusu bu gün La Liqa təmsilçisində tibbi müayinədən keçəcək. “Barselona”nın yetirməsi San-Sebastyan klubunda mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək. “Real Sosyedad” bu müddətdə Rafinyanın maaşının bir hissəsini ödəyəcək.

Qeyd edək ki, bu mövsüm Liqa1-də 5 oyun keçirən Rafinya Alkantaranın PSJ ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR