“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində “Sürix”lə qarşılaşacaq

“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində “Sürix”lə qarşılaşacaq
# 12 iyul 2022 21:51 (UTC +04:00)

Çempionlar Liqasının I təsnifat mərhələsində Polşa çempionu “Lex”i üstələyən “Qarabağ” növbəti raundda “Sürix”lə qarşılaşacaq.

Apasport.az saytının məlumatına görə, Poznandakı məğlubiyyətin (0:1) əvəzini Bakıda 5:1 hesablı qələbə ilə çıxan Azərbaycan çempionu ilk mərhələdən azad olan İsveçrə təmsilçisinə rəqib olub.

“Sürix”lə ilk oyun Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Bu, iyulun 19-na təsadüf edəcək. Görüş saat 20:00-da start götürəcək. İyulun 27-dəki matç isə saat 21:00-da Sürixdəki “Letsiqrund” stadionunda keçiriləcək.

Qeyd edək ki, bu cütün məğlubu mübarizəni Avropa Liqasının III təsnifat mərhələsində davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR