“Qarabağ” fransalı hücumçu ilə 2 illik müqavilə imzalayıb

“Qarabağ” fransalı hücumçu ilə 2 illik müqavilə imzalayıb
# 17 iyul 2019 16:23 (UTC +04:00)

“Qarabağ” dördüncü transferini rəsmiləşdirib.

Klubdan APA-ya verilən məlumata görə, Ağdam təmsilçisi Seneqal əsilli fransalı Queye Maqaye ilə danışıqları müsbət yekunlaşdırıb.

29 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb. O, Azərbaycan çempionunun heyətində 99 nömrəli formanı geyinəcək.

Son klubu Türkiyə təmsilçisi “Osmanlıspor” olan forvard karyerası ərzində “Strasburq”, “Brest” (hər ikisi Fransa), “Everton”, “Miluoll” (hər ikisi İngiltərə) və “Adanaspor”da çıxış edib. Q. Maqaye Fransanın U-16, U-19, U-21 və Seneqalın U-23 yığmasında da oynayıb.

Qeyd edək ki, “Qarabağ” bunadək braziliyalı müdafiəçi Ailton Silva, mərakeşli cinah oyunçusu Faysal Rerrası və ispaniyalı hücumçu Xayme Romero ilə anlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR