"Qarabağ" portuqaliyalı futbolçu ilə müqavilə imzalayıb - FOTO

"Qarabağ" portuqaliyalı futbolçu ilə müqavilə imzalayıb - FOTO
# 13 yanvar 2022 11:35 (UTC +04:00)

“Qarabağ” daha bir futbolçunun transferini açıqlayıb.

Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu Leandro Andrade ilə müqavilə imzalayıb.

Portuqaliyalı cinah yarımmüdafiəçisi Bolqarıstanın “Çerno More” klubundan transfer edilib. 22 yaşlı futbolçu ilə 2025-ci il iyunun 30-dək müqavilə bağlanılıb. Andrade “Qarabağ”da 15 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Premyer Liqanın lideri bunadək Rüstəm Əhmədzadə və Luka Quqeşaşvilini heyətinə qatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR