"Qarabağ” Ramil Şeydayev və Filip Ozobiçlə vidalaşıb

"Qarabağ” Ramil Şeydayev və Filip Ozobiçlə vidalaşıb
# 31 may 2023 13:54 (UTC +04:00)

“Qarabağ” iki futbolçusu ilə vidalaşıb.

Apasport.az saytının məlumatına görə, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.

Ramil Şeydayev və Filip Ozobiçin müqavilə müddəti başa çatıb. Azərbaycan çempionu və millinin üzvləri arasında anlaşma uzadılmayıb. Hər iki oyunçu azad agent statusu alıb.

Qeyd edək ki, başa çatan mövsümdə Ramil 35 oyunda 22 qol vurub. Filip 20 matçda 3 dəfə fərqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR